Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ələsgər poeziyasının sehrində” adlı ədəbi- bədii gecə keçirilib

15.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS nin 6 saylı Gənclər kitabxana filialı 14.09.2021 tarixində Azərbaycan Aşıq – ozan sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubleyinə həsr olunmuş , "Ələsgər poeziyasının sehrində" adlı ədəbi- bədii gecə keçirdi.Kitabxanaçi Günel Namazova tədbir iştirakçılarını salamladı,Aşıq Ələsgərin həyat və yaradıcılığından qısaca danışaraq ,sözü Göygöl rayon təhsil şöbəsinin müdir müavini Salman Balakisiyevə verdi. Salman müəllim Aşıq Ələsgərin qeyri –adi, möcüzəli , sirr- sehr dolu yaradıcılığından danışdı. AMEA Folklor institutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova “Aşıq Ələsgərin sənətkarlıq xüsusiyyətləri” mövzusunda geniş məruzə ilə çıxiş etdi. Təqaüddə olan dil ədəbiyyat müəllimi Validə Hüseynova ozan aşığımızın dil üslubundan söz açdı. Dədə Ələsgərin ustadı aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Alı şəcərəsindən Taleh Əlioğlu aşıq ozan haqqında eşitdikləri xatirələrindən danışdı. Tədbirdə Dədə Ələsgər haqqında çəkilən filmdə Aşıq Ələsgər rolunda çəkilən Aşıq Təbriz, Aşıq Elbrus , Aşıq Azər Fərmayıloğlu ozan-aşığın sözlərindən ifalar etdilər, 8 saylı məktəbin şagirdləri şerlər soylədilər. Dədə Ələsgər doğmalığının, müdrikliyinin. səmimiyətinin zirvəsindən bəhs edən MKS- nin direktor əvəzi Fəridə Qədimova öz dəyərli fikirlərini bölüşərək, tədbirdə çıxış və iştirak edənlərə öz təşəkkürünü bildirdi və görkəmli şəxsiyyətlərimizi indiki və gələcək nəsillərə tanıtmaq, yaddaşlarda yaşatmaq üçün belə tədbirlərin mütəmadi keçirilməsini qeyd etdi.