18.02.2018
Gəncə Dövlət Dram Teatrında Tuncer Cücenoğlunun “Matryoşka” monopyesi üzərində yaradıcılıq işinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, müsiqi tərtibatçısı Tünzalə Mustafayevadır.
Bu barədə teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib.
Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edirlər.
Xatırladaq ki, yeni tamaşa peşəkar Azərbaycan teatrının 145 illiyi ərəfəsində mart ayının 10-da teatrsevərlərə təqdim olunacaq.