13.09.2021
10 sentyabr 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxanasında şair, dramaturq, tərcüməçi Novruz Gəncəlinin 100 illiyi ilə bağlı onlayn tədbir keçirildi.
Tədbiri Goranboy rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açaraq şair haqqında məlumat verdi. Təzəgül Abbasova Novruz Gəncəlinin müasir dövr ilə səsləşən əsərlərindən söz açıb.
Oxuculara xidmət şöbəsinin, Abonement bölmə müdiri Gülnar Nəcəfova şair Novruz Gəncəlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Dahi şair Səməd Vurğunun Novruz Gəncəli haqqında dediyi “Ədəbiyyatımıza əsl şair gəlir” ifadəsini nəzərlərə çatdırdı.
Oxuculara xidmət şöbəsinin müdiri Səidə Abdullayeva çıxış edərək şairə verilən Gəncəli təxəllüsü haqqında məlumat verdi.
Veyisli kənd kitabxana filialının böyük kitabxanaçısı Sənəm Böyükkişiyeva şairin şeirlərindən səsləndirdi.