Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nizami Məqbərəsinin tarixi və taleyi” adlı tədbir keçirildi

10.09.2021

10 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü Gəncə Nizami Gəncəvi Muzeyi və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə filialının birgə təşkilatçılığı ilə "Nizami Məqbərəsinin tarixi və taleyi" mövzusunda online tədbir keçirildi.

Tədbiri Nizami Məqbərəsinin elmi işçisi Vəfa Əliyeva açıq elan etdi. O, Nizami Məqbərəsinin tarixi haqqında qonaqlara ətraflı məlumat verdi.

Çıxış üçün söz Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti şöbəsinin sektor müdiri Mahir Qəhrəmanova verildi. O, çıxışında Nizami Məqbərəsinin tarixindən danışdı. Bildirdi ki, bu mədəni irsin qorunması üçün hər kəs çalışmalıdır. Məqbərəyə gələn qonaqlara Nizami Gəncəvinin tarixi ilə bağlı ətraflı məlumat verilməli, hər zaman dahi insanın yaradıcılığı öyrənilməlidir.

Daha sonra çıxış üçün söz AMEA-nın Gəncə Regional bölməsinin Nizami Gəncəvi şöbəsinin müdiri, professor Xəlil Yusifliyə verildi. O, özünün dahi insan Nizami Gəncəvi ilə bağlı yazdığı kitabından danışdı. Kitabda olan dolğun məlumatları, maraqlı faktları dinləyicilərlə paylaşdı.

Tədbiri Konya Səlcuq Universitetinin fars dili və fars ədəbiyyatı müəllimi Ali Temizel öz çıxışı ilə davam etdi. Türkiyə Azərbaycan qardaşlığının daim möhkəm bağlara kökləndiyini söylədi. Fikirlərində təsdiq etdi ki, Azərbaycan və Türkiyə qardaşlığı bizi belə silsilə tədbirlər təşkil etməyə vadar edir. Biz iki dövlət bir millət olduğunu qeyd eləmişdir. Ali Temizel Nizami Gəncəvi ilə bağlı iş planını da iştirakçılara təqdim etdi. Ali Nihat Tərlan tərəfindən Nizaminin Divanının türk dilinə tərcümə olunmasından da danışdı. Divan 1944-cü ildə İstanbulda çapdan çıxmışdır. Ali Temizel çıxışında bildirdi ki, Nizami Gəncəvi irsi nəinki Azərbaycanda hətta Türkiyədə də araşdırılır və dərindən öyrənilir.

Daha sonra çıxış üçün söz Nizami Gəncəvi Muzeyinin direktor əvəzi Könül Süleymanovaya verildi. O, öz çıxışında Məqbərənin tarixinin böyük zəngin anlam daşıdığını bildirdi. Məqbərənin 1947-ci il tarixindən danışdı.