Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dünya Poeziyasının ilham mənbəyi Nizami Gəncəvi” mövzusunda tədbir keçirildi

09.09.2021

08 sentyabr 2021-ci il tarixində Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Gəncə şəhər Nizami Gəncəvi Muzeyi, Nizami Gəncəvi Məqbərəsi və Qəbələ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Dünya Poeziyasının ilham mənbəyi Nizami Gəncəvi" mövzusunda online tədbir keçirildi.

Tədbiri Qəbələ Heydər Əliyev Mərkəzinin direktoru Fuad Qasımzadə açıq elan etdi və qonaqları salamladı. O, öz nitqində Nizami Gəncəvi yaradıcılığını ümumiyyətlə tam mənası ilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirdi. Nizami Gəncəvinin əsərlərində yaratdığı obrazların bütün dəyərlərinin əlaqələndiyini və ustalıqla işləndiyini söylədi.

İlk öncə söz Nizami Gəncəvi Muzeyinin direktor əvəzi Könül Süleymanovaya verildi. O, Nizami irsinin yaşadılmasından, keçirilən tədbirlərdən danışdı. Nizami Gəncəvi irsinin öyrənilməsində Ulu Öndər Heydər Əliyevin böyük təşəbbüsünün olduğunu bildirdi. Onun sayəsində hər il Nizami irsi yaşayır, unudulmur.

Daha sonra söz Gəncə Dövlət Universitetinin filoloqu Vüsal İsgərdərova verildi. O, çıxışında Nizami Gəncəvinin Gəncə ilə bağlılığından danışdı. Bildirdi ki, Nizami Gəncəvi qısa bir zaman ərzində öz "Divan"ni tərtib etmiş, yaradıcılıq dövrün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlərlə, qəzəllərlə, rübailərlə başlamışdır.

Sonra çıxış üçün söz Nizami Məqbərəsinin direktoru Gülnarə İsmayılovaya verildi. O, öz nitqində Nizami Gəncəvinin əxiliyinnən danışdı.

Sonda Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı İlhamə Seyidova ədəbiyyata “Xəmsə” kimi böyük beşlik bəxş edən dahi insanın məktəbinin davamçılarından söhbət açdı. O, bildirdi ki, Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzusuna az şair çatmışdır.

Tədbiri Nizami Gəncəvi Muzeyinin direktor əvəzi Könül Süleymanova bağlı elan edərək, iştirakçılara öz minnətdarlığını bildirdi.