Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvi – 880” adlı dəyirmi masa keçirilmişdir

07.09.2021

06 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Mədəniyyət Mərkəzində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı məsafəli dəyirmi masa söhbəti keçirildi.

Tədbiri açıq elan edən Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov qeyd etdi ki,  Nizami Gəncəvi  ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır.

Sonra söz Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı Afərim Verdiyevaya verildi. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir.

Mərkəzin baş metodisti Göyçək Hüseynova qeyd etdi ki, Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır.