07.09.2021
06 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon Mədəniyyət evində Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü münasibətilə Xocalı rayon mədəniyyət evi, Xocalı rayon Mərkəzi Kitabxanası və Xocalı şəhər 5 saylı klubunun birgə təşkilatçılığı ilə karantin rejimi nəzərə alınaraq masa ətrafında tədbir keçirilmişdir.
İlkin olaraq mərhum ustad aşıq bir dəqiqəlik sükutla yad edildi.
Rayon mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxış edərək ustad aşığın keşmə-keşli həyat yolundan, yaradıcılığından bəhs etdi. O bildirdi ki, Aşıq Ələsgər fəaliyyəti boyu ali əxlaq kodeksi aşılayan şeirlər yazaraq xalqa çatdırıb, uzun qış gecələrində yorulmadan məclislər aparıb. Yaşadığı dövrə baxsaq, yüzlərlə, minlərlə savadsız insana mənəvi saflıq, xeyirxahlıq, gözəllik dərsi deyən ustad müəllim olub. Deməli, Aşıq Ələsgər ümumən Vətənin, xalqın, bəşəriyyətin gözəl gələcəyi, firavanlığı, xoşbəxtliyi naminə çalışıb. O qeyd etdi ki, onun yaradıcılığının hər səhifəsində böyük hikmət, dərin məna vardır. Davranış qaydaları, səadətə, xoşbəxtliyə çatmaq yolları, ağsaqqala, qadına, böyüyə hörmət, sevgi-yə, nikaha, ailə həyatına, kişilik, məğrurluq etalonlarına ciddi münasibət onun zəngin irsin-də öz parlaq əksini tapıb.
Şəhər 5 saylı klubun müdiri Diliş Şahverdiyeva çıxış edərək bildirdi ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhu ilə həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətən-pərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdud-suz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatı-nın parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb for-malaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunə-ləri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Sonda Diliş Şahverdiyeva Aşıq Ələsgərin məşhur “Sarı köynək” şeirini səsləndirdi.