03.09.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü ilə Gəncə şəhərində yaşayıb-yaradan rəssam və dekorativ tətbiqi sənət ustalarının bir qrupu ilə görüş keçirilib.
Görüşdə Gəncə şəhərində olan millət vəkili Müşfiq Cəfərov, Gəncə İctimai İştirakçılıq Məclisinin idarə heyətinin üzvləri, "Cavad xan" Tarix Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov və başqaları iştirak ediblər.
Görüşdə sentyabr ayının ikinci ongünlüyündə Gəncə şəhəri Urban Mərkəzində rəssamların, dekorativ tətbiqi sənət ustalarının əl işlərindən ibarət "Gəncə sənət, incəsənət" adlı satış-yarmarkanın keçirilməsi barədə razılıq əldə olunub.
İştirakçılar görüş üçün Regional idarənin rəisi Vasif Cənnətova təşəkkürlərini bildiriblər.