03.09.2021
03.09.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə filialının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” çərçivəsində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Nizami Gəncəvi və Gəncə dahiləri" adlı online görüş keçirildi.
Tədbiri Nizami Gəncəvi Muzeyinin direktor əvəzi Könül Süleymanova açaraq tədbir iştirakçıları salamladı.
İlk öncə çıxış üçün söz Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması şöbəsinin və Qoruqların idarə olunmasına nəzarət sektorunun müdiri Mahir Qəhrəmanova verildi. O, öz nitqində tədbirin təşkilatçılarına öz dərin minnətdarlığını bildirdi və Nizami irsini yaşatmaq və hər zaman ümman qədər zəngin yaradıcılığı öyrənmək ən öndə vəzifələrimizdən biri olmalıdır.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru Firuddin Qurbansoya çıxış üçün söz verildi. O, özünün yazdığı "Nizami Gəncəvi və həcc ziyarəti" kitabından danışaraq məlumat verdi.
Digər iştirakçı filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Nizami Gəncəvinin xələfləri və sələfləri ilə bağlı danışdı.
Tarix üzrə fəlsəfə doktoru, dosent Etibar Musayev də tədbirdə Nizami Gəncəvinin Gəncə ilə bağlılığından söhbət açdı.
Sonda Nizami Gəncəvi Məqbərəsinin filial müdiri Gülnarə İsmayılova tədbirə qoşulan hər kəsi salamladı və Nizami Gəncəvinin əxiliyindən danışdı.