Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Narkomaniya- məhv olmuş həyat, ümüdsüzlük deməkdir!” başlıqlı onlayn konfrans keçirilib

31.08.2021

 Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı XXI əsrin ən qorxunc bəlasına çevrilmiş narkomaniya və narkobiznesə qarşı mübarizəyə aid  "Narkomaniya- məhv olmuş həyat, ümüdsüzlük deməkdir!" başlıqlı onlayn konfrans keçirdi. Konfransı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbirin ölkəmizdə son illər yeniyetmə və gənclər arasında narkomaniyaya meyilliyin çox artması səbəbindən təşkil edildiyini qeyd etdi. Tədbirdə  Gəncə Gənclər Evinin  psixoloqu  Günel Hüseynli,  Gəncə şəhər Gənclər və İdman  Baş İdarəsi idman sektorunun müdiri Vüqar Xəlilov, Vəkillər  Kollegiyasının üzvü, Konsensus Law hüquq şirkətinin direktoru Aysel Həsənova,  Gəncə şəhər Təhsil İdarəsinin metodisti, psixoloq Vüsalə Balayeva,  Regional  İnkişaf üzrə maarifləndirmə birliyinin sosial işçisi İnarə Məmmədova, GDU-nin  psixologiya kafedrasının baş müəllimi Alvina Balayeva, 2 saylı Uşaq Gənclər İdman şahmat məktəbinin şahmat üzrə əməkdar  məşqiçi  müəllim Elçin Axundov və MKS-nin direktor əvəzi Fəridə Qədimova çıxış etdilər.
Çıxış edənlər söylədilər ki, müasir dövrümüzün ən mühüm problemlərindən  biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Dünyamızın ən ağır problemlırindən olan,  cəmiyyətin ciddi bəlasına, xalqın millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinəyətkarlığı,  zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inlişafı ləngidir, ailə və icmaları dağıdır. Həmçinin çıxış edənlər narkomaniyanın insan sağlamlığına vurduğu acı nəticələrdən söhbət açdılar. Tədbirdə yeniyetmə və gəncləri narkomaniyaya  və satışına  cəlb edən insanları qanunla nələr gözlədiyi söylənildi. Çıxışlarda Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramları da öz əksini tapdı. Narkomaniya  ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından  əsas məqsəd və vəzifələrdəndir.
Bu tədbirlə bütün yeniyetmə və gəncləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən əl çəkməyə, ətraf aləmin gözəlliklərindən-təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağrış edildi.
Sonda narkomaniya ilə bağlı videoçarx nümayiş etdirildi.
Tədbirdə 2 saylı peşə məktəbinin 89 qrup, 11 saylı tam orta məktəbin yuxarı sinif sagirdləri, 2 saylı  Uşaq Gənclər İdman şahmat məktəbinin yeniyetmə və gəncləri və kitabxananın əməkdaşları iştirak etdilər.