31.08.2021
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-cinil tarixli Sərəncamına əsasən ölkəmizdə "Nizami ili" nin elan olunması ilə əlaqədar olaraq 30.08.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Gəncə Dövlət Mədəniyyət Qoruğu Nizami Gəncəvi Kompleksinin birgə təşkilatçılığı ilə "Nizami Gəncəvi -Azərbaycanın sönməz günəşi" mövzusunda onlayn konfrans keçirildi. Tədbirin fəxri qonaqları Türkiyə Selçuk Üniversitesi öyrətim üyesi Ali Temizel və Məhəmməd Füzuli adına Azərbaycan Əlyazmalar İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov olmuşdur.
Tədbirdə regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Gəncə, Lənkəran, Balakən, Beyləqan, Şabran,Qax,Yevlax, Qaradağ,Şirvan, Naftalan, Oğuz, Yardımlı, Xızı, Şəki, Neftçala,Sabirabad,Qusar) direktor və əməkdaşları, Samux rayon Mərkəzləşdirilmiş Kitbxana Sisteminin filial müdirləri və işçiləri həmçinin digər müəssisə və təşkilatlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycanın böyük şairi Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyindən, dünya mədəniyyətinə təsirindən, şairin yaradıcılığının işıqlandırılması və təbliğində onun doğulub boya-başa çatdığı qədim Gəncə şəhərinin üzərinə daha böyük məsuliyyətin düşməsindən danışdı. Bu yöndə görülən. İşlər haqda məlumat verdi, tədbirə uğurlar arzuladı.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışında Nizami Gəncəvinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil eyni zamanda bütün Türk dünyasında mühüm mövqeyindən, dövrün tələblərinə uyğun fars dilində yazıb yaratmasına baxmayaraq canı, ruhu ilə əsl Azərbaycan türkü olduğu haqqında məlumat Azərbaycanın ulu öndəri Heydər Əliyevin Nizami Gəncəvi irsinin təbliğində, adının əbədiləşməsində misilsiz xidmətlərindən danışdı.
Daha sonra söz tədbirin fəxri qonağı olan Türkiyə Selçuk Üniversitesi öyrətim üyesi Ali Temizelə söz verildi. Ali Temizel Türkiyə ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığına olan böyük maraqdan, bu gün dünyada onun ədalət prinsiplərinə çox ehtiyac duyulduğundan, aparılan elmi araşdırmalardan, Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş kitablardan geniş şəkildə danışdı.
Tədbirin digər fəxri qonağı Məhəmməd Füzuli adına Azərbaycan Əlyazmalar İnstitutunun filologiya elmləri doktoru Əzizağa Nəcəfov "Nizami Gəncəvi yaradıcılığı klassik türk ənənələri kontekstində"n yanaşaraq "Leyli və Məcnun" poemasında türk irsi haqqında tutarlı mənbələrə dayanan maraqlı məlumatlardan bəhs etdi.
Gəncə Dövlət Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə Kompleksinin direktoru Gülnarə İsmayılova Nizami Gəncəvi ilə bağlı nadir məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bu gün Nizami mədəni irsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, ona qarşı istər xalqımızın, istər qonaqların bəslədiyi sonsuz sevgidən bəhs etdi.
Tədbirdə iştirak edən Samux rayon Qarayeri qəsəbə uşaq musiqi məktəbinin muğam sinifinin müəllimi Zəminə Nuriyeva sözləri Nizami Gəncəviyə musiqi Fikrət Əmirova məxsus "Gülüm" romansını səsləndirdi.
Daha sonra çıxış üçün söz alan Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva dahi şairin yaradıcılığının bir çox istiqamətlərini işıqlandırdılar. Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova onun mənşəyinin müxtəlif istiqamətlərə yozmağın heç bir elmi əsası olmadığından, onun əsl Azərbaycan türkü qanı daşıdığını, yaradıcılığında insanı dəyərlərə üstünlük verildiyindən, son zamanlarda Azərbaycan türkcəsində yazdığı əl yazmaların askarlanmasından bəhs etdi.
Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova Nizami Gəncəvi yaradıcılığında qadına verilən dəyər, bir çox dünya alimlərinin şairin yaradıcılığına həsr etdikləri əsərlərdən, haqqında söylənən fikirləri diqqətə çatdırdı.
Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva Nizami Gəncəvi yaradıcılığında əsas məzmun xəttində daim insanın xoşbəxtliyinin durmasindan, sevginin ucalığından, insanın dinindən, irqindən, mənsubiyyətindən, tutduğu mövqeyindən asılı olmayaraq insan kimi dəyərli olması kimi vacib məsələrə haqqında danışdı.
Sonda qardaş Türkiyənin "30 avqust Zəfər günü" ilə əlaqədar tədbirin qonağı Ali Temizel başda olmaqla bütün Türkiyə xalqının bayramı münasibətilə təbrik edildi və bu gün adına musiqi səsləndirildi.
Tədbirin sonunda ulu şairin ruhu ehtiramla yad edildi. Türkiyə Zəfər bayramı günü münasibətilə, eyni zamanda 44 günlük Qarabağ savaşında canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi bir daha yad edildi.