Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək” adlı onlayn tədbir keçirilib

27.08.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana  filialı 27 avqust tarixində “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək” adlı onlayn tədbir keçirdi. 

Tədbiri 11 saylı kitabxana filialının kitabxanaçısı Nailə Məmmədova qeyd etdiki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəsüflər olsun ki, 21 ci əsrdə də qlobal problemlər sırasında qalmaqdadır. Narkomaniya ilə mübarizə ciddi şəkil almazsa, bu istənilən ölkədə ictimai fəlakətə səbən ola bilər. 

Tədbirdə Gəncə Dövlət Universitetinin dosentləri və eyni zamanda “ Təmas” Regional İnkişaf Birliyinin həmsədrləri Kübra Ələkbərova,  Südabə Məmmədova iştirak etdilər. Narkomaniyanın psixoloji səbəblərini, ailədə narkomaniya ilə mübarizə necə aparılmalıdı- bu kimi suallara geniş izah verdilər. 

Sonda MKS nin direktor əvəzi Fəridə Qədimova bildirdiki, gənclərimizi uşaqlarımızı uzaq tutmaq, onlarla söhbətlər aparmaq, “Ağ ölümün”fəsadlarından danışmağın vacib olduğunu bildirdi