27.08.2021
27 avqust 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İctimai Şurasının və Prezident Yanında ƏFV Məsələləri Komissiyasının üzvü, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva ilə, eləcə də Azərbaycan Respublikasının Xalq artisti, prezident mükafatçısı, ustad tarzən Fikrət Verdiyevlə görüş keçirilmişdir.
Səmimilik şəraitində keçən görüşdə bir çox məsələlərdən söhbət getmişdir. Söhbətdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun II Qarabağ Vətən müharibəsində qazandığı tarixi qələbədən, qədim Şuşa şəhərinin Mədəniyyət paytaxtı seçilməsindən, “Xarıbülbül” Musiqi Festivalından, Azərbaycan Beynəlxalq Muğam günündən, Azərbaycan musiqisinin, xüsusən muğamımızın dünyaya tanıdılmasında “Heydər Əliyev Fondu”nun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışılmışdır.
Görüşdə həmçinin Xalq artisti, Prezident mükafatçısı, vaxtılə Gəncə Dövlət Filarmoniyasının “Göygöl” ansamblının yaradıcısı Fikrət Verdiyevin Gəncə şəhərində mədəniyyət sahəsində səmərəli fəaliyyəti də diqqətə çatdırılmışdır.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov ölkə başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasından, bununla bağlı Regional idarənin təşkilatçılığı ilə keçirilən yüksək səviyyəli tədbirlərdən, il ərzində bu istiqamətdə görüləcək işlərdən danışdı. Regional idarənin rəisi Vasif Cənnətov maraqlı görüş üçün səmimi minnətdarlığını bildirdi.