Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Muğam insan mənəviyyatının bir hissəsidir...” adlı onlayn görüş keçirildi

27.08.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü ilə əlaqədar olaraq “Muğam insan mənəviyyatının bir hissəsidir...” adlı onlayn görüş keçirdi. Tədbiri 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Mənzər Məlikova - Azərbaycan xalqı qədim, zəngin  və özünəməxsus mədəniyyət yaratmışdır. Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü  dövrə qədər  gəlib çatmasında mühüm rol oynayıb. Muğam, Azərbaycan xalq musiqisi kimi öz kökü etibarilə Şərq musiqi mədəniyyətinin lap dərinliklərinə gedir. Muğamın ahəngi Quran oxuyan mouzəçilərdən, melodiyası fars saraylarında  çalınan musiqidən, ifa tərzi isə Azərbaycan aşıqları tərəfindən qoyulmuşdur- deyərək açdı. Və Bəxtiyar Vahabzadənin “Muğam” şeiri səsləndirib sözü qonaqlara verdi.  İlk olaraq söz Gəncə Regional Mədəniyyət İdarəsi rəisinin müavini Asəf Məmmədova verildi. Asəf Məmmədov muğamdan söz açaraq bütün tədbir iştirakçılarına uğurlar  dilədi.  Daha sonra söz Göygöl Musiqi və Rəqs ansamblının bədii rəhbəri və tar ifaçısı Sahil Quliyev - Muğam — Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır-deyə danışdı. Daha sonra Göygöl Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri və tar ifaçısı Sahil Quliyev, Göygöl Dövlət Mahnı və Rəqs ansamblının kaman ifaçısı Habil Əliyev, Göygöl Dövlət Mahnı və Rəqs ansamblının solisti Şirxan Cahangirov birlikdə “Zabul segahı”nı ifa etdilər. İfadan sonra Bəstəkar, xanəndə Beynəlxalq müsabiqələr laureatı Aydan Əliyeva Azərbaycanda 7 əsas, 3  köməkçi  muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır deyib, tədbir iştirakçıları üçün “Çahargah” muğamını oxudu. Tədbirin davamında 4 nömrəli Musiqi məktəbinin xanəndə müəllimi Vüqar Bağırov çıxış etdi. Və öz tələbələrinə söz verdi. İsgəndərov Elşən “Dilkəş”, İsmayılov Sübhan “Bayatı-Şiraz”, Bağırov İlkin “Şikəsteyi-fars”, Həsənov Fazil isə “Mayeşux” oxudular. Tədbirin gedişində Göygöl Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri və tar ifaçısı Sahil Quliyev, Göygöl Dövlət Mahnı və Rəqs ansamblının kaman ifaçısı Habil Əliyev, Göygöl Dövlət Mahnı və Rəqs ansamblının solisti Xəyal Əliyev birlikdə muğam ifa etdilər. Sonda isə söz MKS-nin direktor əvəzi Fəridə Qədimovaya verildi. Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq, deyərək, tədbiri yekunlaşdırdı.