Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Birinci xanım” adlı film nümaiş olundu.

27.08.2021

26 Avqust 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günü ilə əlaqədar həyat və fəaliyyətinə həsr olunmuş “Birinci xanım” adlı film nümaiş olundu.

“Birinci xanım” adlı sənədli filmdə Mehriban Əliyevanın həyatı, fəaliyyəti barədə ətraflı məlumat verilib, keçirdiyi görüşlər, vətəndaşlarla səmimi anlar, ən təsirli nitqlərindən hissələr yer alıb.

Filmdə birinci xanımın Vətən müharibəsindən əvvəl “Qarabağ şikəstəsi”ni Qarabağ torpağında dinləmək arzusunu dilə gətirməsi, zəfərdən sonra isə diləyinin həyata keçdiyi kövrək anlara da yer ayrılıb.