Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” adlı kitab hədiyyə edilmişdir

26.08.2021

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov 2021-ci ilin Nizami Gəncəvi ili çərçivəsində “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” adlı monoqrafiyasını Gəncə Regional Mədəniyyət İdarəsinə hədiyyə etmişdir.

Regional idarənin rəisi Vasif Cənnətov kitabın müəllifinə öz səmimi təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, bu kitab qədirbilən gəncəlilərin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ən gözəl töhfələrindən biridir.

Gəncə Regional Mədəniyyət İdarəsi rəisi Vasif Cənnətov kitabın müəllifinə yeni uğurlar arzu etmişdir.