Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ölüm ayrılıq deyil” başlıqlı onlayn tədbir keçirildi

26.08.2021

25.08.21-ci il tarixdə Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı Azərbaycanın Xalq Şairi, Əməkdar İncəsənət   xadimi Fikrət Qocanın yaradıcılığına həsr edilmiş "Ölüm ayrılıq deyil" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri açan kitabxana filialının müdiri  Rahilə Qasımova  Xalq şairi Fikrət  Qocanın həyatı haqqında məlumat  verdi.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şair, dramaturq Aləmzər Əlizadə, Gəncə Dövlət  Universitetinin Azərbaycan dili kafedrasının dosenti  Gülarə Məlikova, Bakı Dövlət Universitetinin II kurs tələbəsi Dilsuz Məmmədova, Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova və kitabxananın  oxucusu Mədinə Orucova çıxış etdilər. 
Tədbirdə Fikrət Qoca  poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət,  onun gələcəyinə olan nigarançılıq, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram,  yurdumuzun əsrarəngiz təbiət gözəllikləri, tarixi şəxsiyyətləri barədə düşüncələri əsasdır, aparıcıdır söylənildi. Onu da qeyd etdilər ki, şairin poeziyası doğma dilin zənginliyini, milli qürurü,  mənəvi özünədərki, klassik ənənələri özündə ehtiva  edir. O, xalqının, vətəninin və bəşəriyyətin taleyüklü məsələlərini əbədi, bədii və poetik dilə gətirməyi və həlli yolunda ideya kəşf etməyi bacarırdı. Çıxış edənlər həmçinin şairin şeirlərində geniş fəlsəfi dünya görüş, milli və bəşəri özünüdərk, kamil sənətkarlıqla yazılmışdır  söylədilər. Həmçinin şairin şeirləri ilə yanaşı 1990-cı il hadisələrinə həsr edilmiş nəsr əsərlərindən də tədbirdə söhbət açıldı.Şairin şeirlərinə yazılmış çox saylı mahnılar xalq arasında  dillər əzbəridir.
Tədbirdə şairin vətənpərvərlik  və lirik mövzuda şeirləri dinlənildi. Sonda Fikrət Qoca yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirildi.