25.08.2021
24 avqust 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Mədəniyyət Mərkəzinin əməkdaşları II Qarabağ Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət edilmiş, qəbri üstə qərənfillər düzülmüşdür.
Orxan Ərəbov 1993-cü il avqustun 24-də Samux rayonunun Qədli kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Orxan Ərəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə sentyabrın 28-də şəhid olmuşdur.
Orxan Ərəbov Samux rayonunun Qədli kəndində dəfn olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ərəbov "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.