Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəxsiyyət kimi təkrarsız, yazıçı kimi unudulmaz” adlı onlayn xülasə keçirildi

23.08.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı  Yazıçı, dramaturq Seyfəddin Dağlının  anadan olmasının100 illiyi münasibətilə “Şəxsiyyət kimi təkrarsız, yazıçı kimi unudulmaz” adlı  xülasə  keçirdi. Tədbiri 19 saylı kitabxana filialının müdiri  Elza Əliyeva açaraq görkəmli yazıçı-satirik, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının həyatı  və yaradıcılığı haqqında danışdı. Sonra “Mənziliniz mübarək”, Seyfəddin Dağlı-seçilmiş əsərləri”, “Aldada bilməzsən”, “Şirin duz” adlı kitablarının xülasəsini etdi. Şairə, Azərbaycan Yazıçılar Birliyinin  üzvü Aləmzər Əlizadə Seyfəddin Dağlının  geniş oxucu kütləsinin rəğbətini qazanmış əsərlərindən danışdı. 8 Mart adına orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Validə Hüseynova “Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, "Kirpi" jurnalının bir-birindən maraqlı onlarla nömrəsi olduğunu bildirdi. Tədbirin sonunda Gəncə şəhər 26 saylı Lisey məktəbini III sinif şagirdi Nuray Məmmədova xalq şairi Cabir Novruzun Seyfəddin Dağlıya yazmış olduğu şeri söylədi və yazıçının həyatını əks etdirən  videoçarx nümayiş olundu.