Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarix yazanlar” adlı onlayn anım günü keçirildi

23.08.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı Vətən müharibəsi şəhidi Altun Nüsrət oğlu Məmmədovun doğum gününə həsr olunmuş “Tarix yazanlar” adlı onlayn anım günü keçirdi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad olundu. Tədbiri açan filialın müdiri Firuzə Yunusova qeyd etdi ki, Altun Məmmədov 1999-cu il avqustun 21-də Gəncədə anadan olmuşdur. Ağdam Sosial İqtisad Kollecini bitirmişdir. 27 sentyabr 2020-ci ildə vətənin çağırışına getmişdir. Onun döyüş yolu da ömür yolu kimi qısa olmuşdur. 04 oktyabr 2020-ci ildə Füzuli rayon Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

 Bu gün Altunun doğum günüdür.Cənnətdəki ilk ad günün mübarək, Şəhidim mənim. Ölməzliyin, Tanrının dərgahında ucalığın, məqamın mübarək, Şəhidim.

Sonra şəhidin ailə üzvləri, qohumları onunla bağlı xatirələrini bölüşdülər. Şəhidin valideynləri  bu gün onlarla birlikdə olan oğlunun xatirəsini onlarla bərabər yad edən, tədbirin keçirilməsində dəstək göstərən hər kəsə təşəkkür  ünü bildirdilər. Oxucular şəhid anasına ,şəhidlərə həsr olunmuş şeirlər söylədilər.