Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

II Qarabağ Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

23.08.2021

23 avqust 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində ​ II Qarabağ Vətən müharibəsi qazilərilə dəyirmi masa​ arxasında görüş keçirildi.

Tədbiri Mədəniyyət Mərkəzin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O, tədbir iştirakçılarını salamlayaraq bildirki ki, hər birimizin vətəni qorumaq borcudur. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks- hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin​ son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Biz əminiydik ki,​ cənab Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasəti, dəmir yumruğu və yenilməz ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad olacaq.

Söz Mədəniyyət Mərkəzinin İnformasiya texnologiya üzrə mütəxəssisi Məlahət Məhərrəmova verildi. O, da öz növbəsində bildirdi ki, biz sizin kimi vətənpərvər oğullarla fəxr edirik və sizi dünyaya gətirən anaların qarşısında baş əyirik. Sizin məğlubedilməzliyiniz, qəhrəmancasına döyüşləriniz bizlərdə ruh yüksəkliyi, inam yaratdı, əmin olduq ki,​ sizlər qələbəylə dönəcəksiz.

Daha sonra söz qazi İsmayılov Babək Tahir oğluna verildi. Azərbaycan böyük qələbənin ilk addım səslərini Noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaqdan başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəsdəklədiyi onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. "Ali Baş Komandanın bircə əmrinə müntəzirik", – deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər.

Sonra digər qazimiz Əsgərov Aqşin Rafael oğluna söz verildi. O, da keçdiyi şücaiətli döyüş yolundan söhbət edərək bildirdi ki, necə deyərlər əlavə şərhə ehtiyac yoxdur. Düşmən ölkənin müdafiə nazirinin dediyi kimi, Azərbaycan Ordusunun kəmiyyət və resurslar baxımından güclü, əsgər və zabitlərimizin isə yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə, döyüşdə təslim olmasına gətirib çıxardı.​ Biz öz qələbəmizi qazandıq.

Mərkəzin direktor  vəzifəsini müvəqqəti icra edən Məmişov Arif qazilərə dəvətimizi qəbul etdikləri üçün Mədəniyyət Mərkəzi adından öz təşəkkürünü bildirdi və onlara "Zəfər Yolu" jurnalını hədiyyə etdi.