Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid məzarı ziyarət olunmuşdur

23.08.2021

20 avqust 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Mədəniyyət Mərkəzinin kollektivi II Qarabağ Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət etmiş, qəbirüstünə təzə-tər qərənfillər düzmüşlər.

Daşqın Hidayət oğlu Şəfiyev 1989-cu il avqustun 22-də Rusiyanın Krasnodar şəhərində anadan olmuşdur. O, 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd orta məktəbində təhsil almışdır. Daşqın Şəfiyev noyabrın 5-də Laçın istiqamətində döyüşlər zamanı şəhid olmuş, Samux rayonunun Seyidlər kəndində dəfn edilmişdir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.