Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Seyfəddin Dağlı-100” adlı tədbir keçirdilər.

21.08.2021

19.08.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri görkəmli yazıçı, satirik şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasının 100 illiyi münasibətilə “Seyfəddin Dağlı-100” adlı tədbir keçirdilər.

Tədbiri giriş sözü ilə Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açaraq Seyfəddin Dağlının həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva yazıçının “Təzə gəlin”, İnformasiya texnologiyaları üzrə mütəxəssisi Günel Vəliyeva “Aydınlığa doğru”, Abonement bölmə müdiri Gülnar Nəcəfova isə “Bahar oğlu” romanının qısa xülasəsi barədə tədbir iştirakçılarına məlumat verdilər.

Sonda tədbir iştirakçıları yazıçının həyat və yaradıcılığını əks ertdirən kitab sərgisi ilə tanış oldular.