18.08.2021
18 avqust 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi ilə birgə “Vətənin başlanğıc nöqtəsi” adlı onlayn görüş keçirmişdir..
Onlayn görüşdə Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyev,Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux rayon MKS-nin, mədəniyyət evləri və klubların kollektivləri, Samux rayon uşaq musiqi məktəblərinin müəllimləri, mərkəzi kitabxananın fəal oxucuları iştirak etmişdilər.
İlk növbədə şəhidlərin əziz xatirəsi yad olundu .Sonra tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhəd xidmətinin yaranması, Sərhəd Qoşunlarının tarixindən, keçdiyi çətin və şərəfli inkişaf yolundan söhbət aparılmışdır. Çıxış edənlər son illər Azərbaycan Ordusunun, xüsusilə də DSX-nin əldə etdiyi uğur və nailiyyətlərin qazanılmasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının mühüm rol oynadığını bildirdilər. Konfrans iştrakçıları sərhədçiləri əlamətdar bayram münasibətilə təbrik etmiş, dövlətçiliyin mühüm atributlarından sayılan dövlət sərhədinin mövcudluğunun və onun qorunması işinin ölkənin müstəqilliyini göstərən əsas amillərdən biri olduğunu bildirmişdilər. Tədbirdə qeyd olundu ki,hazırda Sərhəd Qoşunları müstəqil olaraq dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir, Azərbaycan Prezidentinə, dövlətçiliyinə və xalqına sadiq, intizamlı, yüksək döyüş hazırlıqlı, müasir texnika ilə təchiz edilmiş, peşəkar zabit korpusuna malik bir quruma çevrilmişdir.
Onlayn görüşün sonunda oxuculara xidmət şöbəsinin fəalları Vətənə həsr olunmuş şeirlər səsləndirdilər.