18.08.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 17.08.2021- ci il tarixdə "Muzeylərmizi tanıyaq və tanıdaq" layihəsinə davam edir. Bu dəfəki səyahətimiz öz doğma şəhərimiz Qədim Gəncədə yerləşən Nizami Gəncəvi Muzeyidir. Tədbiri kitabxananın böyük kitabxanaçısı Könül Mirxudayeva açdı. Kitabxanaçı qeyd etdi ki,bu layihə Azərbaycanın,ölkəmizin ədəbi-mədəni irsini, o cümlədən muzeylərimizi təbliğ etmək məqsədilə keçirilir. Nizami Gəncəvi Muzeyinə səyahətimiz təsadüfü deyil.Bu il Respublikamızda dahi şair və mütəffəkkirimiz Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd olunur və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2021 -ci ili "Nizami Gəncəvi İli"elan edib.Bu məqsədlə də oxucularımızı Nizami Gəncəvi irsi ilə tanış etmək üçün növbəti səfərimizi Nizami Gəncəvi Muzeyinə saldıq. İlk olaraq söz muzeyin direktor əvəzi Könül Süleymanovaya verildi. O, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyan muzeyin yaranma tarixi haqqında ətraflı məlumat verdi. Sonra söz muzeyin bələdçisi Ləman Abdullayevaya verdi. O, da öz növbəsində muzey haqqında çox geniş və maraqlı məlumat verdi. Tədbirin sonunda kitabxananın müdiri Natella Hacıyeva Nizami Gəncəvi Muzeyinin kollektivinə öz təşəkkürünü bildirdi və layihənin növbəti mərhələsində yenidən görüşmək arzusu ilə tədbiri bağlı elan etdi