Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şair Nadir Ovçunun “Rəqəmlərin simfoniyası” kitabının onlayn təqdimatını keçirildi

16.08.2021

Tədbiri açan filialın müdiri Firuzə Yunusova şairin həyat və yaradıcılığından danışdı. Kitaba ön söz yazan Filologiya üzrə fəlsəfə doktoru, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutu, Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Ruziyə Quliyeva qeyd  etdi ki, bütün rəqəmlər müqəddəsdir. Hər biri bir mənanı ifadə edən bir vasitədir. Rəqəmlər həqiqətin aynasıdır. Eyni zamanda haqqın müjdəçisi, ölçü vahididir.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şair, dramaturq Xəzangül Hüseynova, Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şair, dramaturq Aləmzər Əlizadə, şair, publisist Sahib İbrahimli, Gəncə Təhsil İdarəsinin nümayəndəsi Kifayət Qurbanova və Nadir Ovçunun ailə üzvləri çıxış etdilər.

Onlar “Rəqəmlərin simfoniyası” poeması haqqında öz fikirlərini bildirdilər, şairin alicənablığından, xeyirxahlığından, vətənpərvərliyindən, etibarlı  dost  olmağından danışdılar.

Sonda oxucular Nadir Ovçunun şeirlərindən parçalar söylədilər.