13.08.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə “Gələcəyimiz Gənclərimizin əlindədir” adlı -bir qrup gənclərlə görüş keçirdi.
Tədbiri 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva açıq elan etdikdən sonra Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsindən danışdı. Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçisi Bəyim Məmmədova “Xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaratması haqqında” , Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova “Gələcəyin etibarlı təminatı bilikli və bacarıqlı gənclərdən asılıdır”, 8 Mart adına orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Validə Hüseynova “Gənc nəslin milli-mənlik şüurunun inkişafı”, Avropa Azərbaycan məktəbinin gənc riyaziyyat müəlliməsi Sevil Əliyeva “Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir”, ADPU-nun filalogiya fakultəsinin III kurs tələbələri Fəridə Babayeva “ Gənc şəhid Hüseynli Əmrahın qəhrəmanlığı”, Nəzrin Xanlarova “Vətənpərvərlik və gənclik”, Hüseyn Əliyev “Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır”, 13 saylı tam orta məktəbin XI-sinif şagirdi Əliquzuyeva Faizə “Gəncliyin üzərinə düşən vəzifələr” adlı çıxışlar etdilər. Tədbirin sonunda 12 avqust Beynəlxalq Gənclər Günü ilə əlaqədar hazırlanan videoçarx nümayiş olundu.