13.08.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı Kitabxana filialı 12.08.2021- ci il tarixdə 12 avqust Gənclər Günü münasibətilə "Gələcəyimiz gənclərlədir" başlıqlı onlayn tədbir keçirdi.Tədbiri açan kitabxana filialının müdiri Rahilə Qasımova 12 avqust Gənclər Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik etdi və Gənclər Gününün yaranması haqqında məlumat verdi. Onu da qeyd etdi ki, bu gün tədbirimizə imtahanlardan yüksək bal toplayan, tələbə adını qazanmağa layiq olan, ali məktəblərdə oxuyan və məzun olan gəncləri toplamışıq.
Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi idman sektorunun müdiri Vüqar Xəlilov, Gəncə şəhər Təhsil İdarəsinin metodisti psixoloq Vüsalə Balayeva, Gəncə şəhər Resurs Mərkəzi layihəsinin təlimçi, mentoru Sevinc Məmmədova, Bakı Dövlət Universitetinin bu ilki məzunu Arzu Tahirova, Gəncə şəhər 18 saylı tam orta məktəbinin məzunu Elşad Nağızadə, onun sinif rəhbəri 18 saylı tam orta məktəbin müəllimi Zenfira Səmədova, Samux rayon M.Ə.Sabir adına 1saylı məktəb-lisey məzunları Şəbnəm Abbasova və Bəyaz İsmayılova, Bakı Dövlət Universitetinin II kurs tələbəsi Dilsuz Məmmədova, Kəlbəcər rayon Bəhmən Cəfərov adına 1 saylı orta məktəbin məzunu Selcan Məmmədova, Gəncə Dövlət Universitetinin filologiya fakultəsinin Azərbaycan dili kafedrasının baş müəllimi, "Qoşa Ulduz" Beynəlxalq ictimai-siyasi və elmi-publisist jurnalının məsul katibi Elmira Əliyeva, Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova çıxış etdilər.
Tədbirdə söylənildi ki, hər bir gəncin qarşısında ölkənin hərtərəfli uğurlu inkişafına öz töhfəsini vermək kimi müqəddəs vəzifə vardır. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərini, doğma ana dilimizi, ata-babalardan qalan adət- ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.
Azərbaycan xalqı bu günü və sabahı üçün ulu öndər Heydər Əliyeva borcludur. Ulu öndər dəfələrlə demişdir: Azərbaycanın gələcəyi gənclərimizin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm bu günü, həm də sabaha ümididir.
İndiki gənclər xoşbəxtdir, çünki müstəqillik dövründə yaşayır və formalaşırlar.
Gənclərimiz II Qarabağ müharibəsində vətənpərvərlik, vətənə olan böyük sədaqət və sevgilərini nümayiş etdirdilər. Onlar vətənin hər qarış torpağı uğrunda əfsanəvi qəhrəmanlıq göstərdilər. Bu böyük qələbə ilə adlarını Azərbaycan tarixinə qızıl həriflərlə yazdılar.
Tədbirdə iştirak edən bütün gənclər vətənimizə layiqli gənc olacaqlarına söz verdilər, onlar hər zaman öz uğurları ilə vətənimizi dünyada təmsil etməyə hazır olduqlarını bildirdilər. Tədbirdə söylənildi ki, biz inanırıq Azərbaycan gəncliyi Vətən və xalq naminə verilən istənilən əmrin icrasına hər zaman hazırdır!
Sonda tədbir iştirakçıları bu il imtahanlardan yüksək bal toplayan tələbə adını qazanmağa layiq olan gənclərimizə xoş arzularını bildirdilər və bol-bol uğurlar arzuladılar.