Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ana təbiətimizi yanğından mühafizə edək” başlıqlı onlayn tədbir keçirildi

09.08.2021

 Gəncə Regional Mədəniyyət  İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı günümüzün ən aktual mövzusu olan meşələrimizin yanğından mühafizə edilməsinə aid "Ana təbiətimizi yanğından mühafizə edək" başlıqlı onlayn tədbir keçirdi.  Tədbiri  kitabxana filialının müdiri Rahilə Qasımova açaraq meşələrin ekologiyanın tarazlığı və bütün  canlıların həyatda qalması üçün nə qədər
 əhəmiyyətli olduğundan danışdı.
Tədbirdə 10 saylı  Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühit üzrə məsləhətçisi Zinyət Qurbanova, 127 saylı Yanğından mühafizə bölməsinin rəisi  baş leytenant Yusif Qurbanlı və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova çıxış etdilər.

Tədbirdə çıxış edənlər söylədilər ki, təbiət öz çalarları, təzadları ilə gözəldir. Ekoloji tarazlığın saxlanılmasında meşələr, ağaclar mühüm rol oynayır. Ölkə başçısı İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi və 3 milyon ağac əkməyi qarşıya məqsəd qoyması ana təbiətə münasibətdə insanlığın təntənəsi, məhəbbət nümunəsidir. İndi bu xeyirxah  tədbir ölkədə ümumxalq hərəkətinə çevrilib. İsti yay günlərində meşələrin məhv  olmasının əsas səbəblərindən biri də onların  yanğınlara məruz qalmasıdır. Meşə sahələrində baş verən yanğınların çoxu odla ehtiyatsiz davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını  pozması səbəbindən  baş verir.
Həmçinin tədbirdə yanğından mühafizə olunmaq üçün  təhlükəsizlik qaydalarını əks etdirən slayd nümayiş etdirildi. Yanğın baş verərsə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə və ya Dövlət Yanğın  Təhlükəsizliyi şöbələrinin "101" nömrəli xidməti telefonlarına zəng edilməsi tövsiyə edildi.
Tədbirdə  kitabxananın əməkdaşları, oxucular və Gəncə şəhər 1 saylı peşə məktəbinin 89 qrup şagirdləri iştirak etdilər.