Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Məğrur Azərbaycanın məğrur, sevimli yazıçısı” adlı tədbir keçirilib

11.08.2021

10 avqust 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon  Mərkəzi Kitabxanası yazıçı Ələviyyə Babayevanın 100 illiyinə həsr olunmuş “Məğrur Azərbaycanın məğrur, sevimli yazıçısı” adlı tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açdı. O, çıxış edərək Ələviyyə Babayevanın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və nasirlik və tərcüməçilik fəaliyyətindən danışdı.

Abonement bölmə müdiri Gülnar Nəcəfova Ələviyyə Babayevanın gənclik və uşaqlıq illərində çox mütaliə etdiyimiz yazıçı olduğunu qeyd edərək bir-bir əsərlərini oxuculara xatırlatdı.
           Şahməmmədli kənd kitabxanasının kitabxanaçısı Rəxşəndə Xəlilova çıxış edərək onun uşaqlar üçün yazdığı əsərlərindən danışdı.

Metodist Sevinc Aşralıyeva Ələviyyə Babayevanın öz dövrünün ən çox mütaliə edilən yazıçısı olduğunu qeyd etdi, onu çox məhsuldar, zəhmətkeş yazıçı kimi səciyyələndirdi.
           Sonda tədbir iştirakçıları Ələviyyə Babayevaya həsr olunmuş “Ələviyyə Babayeva-100” adlı sərgi ilə tanış oldular.