Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalq rəssamı Toğrul Nərimanbəyov” adlı dəyirmi masa keçirilib

06.08.2021

5 avqust 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy Dövlət Rəsm Qalereyasında Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun 91 illiyi ilə əlaqədar dəyirmi masa təşkil edilmişdir.

Qalereyanın fond mühafizi İlhamə Məmmədova Toğrul Nərimanbəyovun həyat və yaradıcılığı ilə bağlı məlumat verərək bildirmişdir ki, Toğrul Nərimanbəyov 1930-cu il avqust ayının 7-də Bakıda anadan olub. Toğrul Nərimanbəyovun portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır. Toğrul Nərimanbəyovun yaradıcılığı neçə-neçə rəssamlar nəslinin bədii-estetik görüşünün təşəkkülünə öz təsirini göstərmişdir. Rəssamın zəngin irsi gənc rəssamlar üçün gözəl məktəb olmaqla onların peşəkarlığının formalaşmasında mühüm rol oynayıb. Toğrul Nərimanbəyovun yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin orden və medalları ilə təltif edilib. SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ və Azərbaycan Xalq Rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov ömrünün 83-cü ilində vəfat edib. Böyük sənətkar Toğrul Fərman oğlu Nərimanbəyovun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.