Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sazın sehri və sözün şöhrəti” mövzusunda dəyirmi masa keçirilib

05.08.2021

04 avqust 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Heydər Əliyev Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Sazın sehri və sözün şöhrəti” adlı dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva çıxışında bildirdi ki, Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin zirvəsində dayanan el sənətkarıdır. O, aşıq şeirinin inkişafında böyük xidmətləri olan ustad aşıqdır. Təbii ki, Aşıq Ələsgərin yaradıcılığı ideya və məzmun baxımından zəngin, eyni zamanda rəngarəngdir. Bu böyük sənətkar hər şeydən əvvəl gözəllik nəğməkarıdır.

Xalq şairi Səməd Vurğun çıxışlarının birində belə demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanə görürəm”.

Aşıq Ələsgər yaradıcılığının bənzərsizliyi söz dünyamızı beləcə bəzəmiş, xalqın ruhuna, yaddaşına köçmüşdür.