Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən üçün doğulanlar” adlı onlayn görüş təşkil etdi.

05.08.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxananın Oxu zalı II Qarabağ şəhidi Vüsal Elşən oğlu Məmmədovun ailəsi ilə "Vətən üçün doğulanlar" adlı onlayn görüş təşkil etdi. 

Tədbiri Mərkəzi kitabxananın Oxu zalının müdiri Aidə Abdullayeva açaraq şəhid Vüsal Məmmədov haqqında məlumat verdi. Daha sonra şəhidin valideynləri övladları haqqında xatirələrini danışdılar. Şəhidin cəbhə yoldaşının Vüsal ilə olan xatirələrindən, onun mərdliyindən danışdı.

Sonra şəhidin sinif müəlliməsi və dostları, qohumları Vüsalın necə cəsarətli, ailəsinə və vətəninə necə bağlı olmasından danışdılar.

Sonda şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu.