03.08.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər Heydər Əliyev Mərkəzinin və Naftalan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 avqust - Azərbaycan Kinosu Günü” münasibətilə “Dəmir Yumruq” sənədli filmi nümayiş olundu.
İlk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev və Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva bu günün yaranma tarixindən geniş söz açaraq, 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonun lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərinin müstəqil nümayişini təşkil etdiyini bildirdilər.