Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ana dili xalqımızın mənəvi beşiyidir” adlı tədbir keçirilmişdir

03.08.2021

01 avqust 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Ana dili xalqımızın mənəvi beşiyidir” adlı tədbir keçirilmişdir.

            Tədbirdə Naftalan şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbin 1-ci, 5-ci sinif şagirdləri və Vüqar Namazov adına Naftalan şəhər Körpələr evi-Uşaq bağçasının 4-5 yaş qrupları iştirak etmişdir.

            Onlar ana dilimizə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu Öndər Heydər Əliyevin dilimiz haqqında söylədiyi fikirləri səsləndirmişlər. Uşaqlar dilimiz haqqında şeirlər söyləmiş, maraqlı çıxışlar etmiş və sonda xatirə şəkli çəkdirmişlər.

            Tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilmişdir.