Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dilimiz və əlifbamız-Milli qürur mənbəyimizdir” başlıqlı onlayn tədbir keçirildi.

02.08.2021

1.08.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə "Dilimiz və əlifbamız-Milli  qürur mənbəyimizdir" başlıqlı onlayn tədbir keçirdi.
  Tədbiri kitabxana filialının  müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və 1avqust Azərbaycan əlifbası və Azərbaycan dili  gününün  yaranması haqqında məlumat verdi. Tədbirdə Gəncə Dövlət Universitetinin  filologiya fakultəsinin Azərbaycan dili kafedrasının baş müəllimi, "Qoşa Ulduz" Beynəlxalq ictimai-siyasi və  elmi-publisist jurnalının məsul katibi Elmira Əliyeva, AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi Aləmzər Tağıyeva, Az.TU-nin ictimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi filoloq Zəminə Novruzova, AMEA Gəncə bölməsi Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Vüsalə  Hüseynova, Bakı şəhər Məhəmmədli kənd tam orta  məktəbinin  şagirdləri Fatimə və Kənan  Osmanovlar, Bərdə rayon Qaradəmirçi məktəbinin 8 sinif sagirdi Aytac İsgəndərova, Gəncə şəhər MKS-nin  direktor əvəzi   Fəridə Qədimova çıxış etdilər. Çıxış edənlər söylədilər ki, ana dilimiz Azərbaycan dilidir, doğma respublikamızın  dövlət dilidir. Ana dilin hərtərəfli  inkişafı,  dövlət dilinə  çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi:"Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız  isə vətənpərvərlik formulu yoxdur".
Həmçinin çıxış edənlər  əlifbamızın dəfələrlə dəyişməsindən, hər bir vətəndaşın harada olmasından asılı olmayaraq dilimizi, dinimizi, milli adət və ənənələrimizi unutmamalı onu qoruyub təbliğ etməlidirlər söylədilər. Dil hər bir xalqın varlığı deməkdir. Torpaqlarımız kimi dilimizi də qorumağa borcluyuq.Tədbirin sonunda Xalq şairi Bəxtiyar Vahabzadənin, Tofiq Bayramın  dil haqqında şeirləri dillənildi. 
Tədbirdə kitabxananın əməkdaşları, oxucular və  Gəncə şəhər 1 saylı peşə məktəbin 89 qrup şagirdləri iştirak etdilər.