Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bəşəriyyətin bəlası” adlı tədbir keçirilib

31.07.2021

30 iyul 2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fətallar kənd kitabxana filialı “Bəşəriyyətin bəlası” mövzusunda onlayn tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə filial müdiri Rəfiqə Bayramova açaraq tədbir haqqında iştirakçılara məlumat verdi.

Tədbirdə Kəlbəcər rayon 106 saylı tam orta məktəbin müəllimləri Lətafət Səfərova, Gülşən Qurbanova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tabe olan “Zeytun” apteklər şəbəkəsinin əməkdaşı Gülnarə İlyasova, Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva çıxış edərək  bildirdilər ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Bu bəladan qurtulmağın müxtəlif yolları vardır. Bunun üçün valideyin və övlad arasında düzgün münasibətin qurulması, asudə vaxtın səmərəli təşkil edilməsi, idmanla məşğul olmaq əsas məqamlara xüsusi diqqət yetirmək gərəkdir. Bu sahədə ölkəmizdə qətiyyətli mübarizə aparılır, gənclərimizi, uşaqlarımızı uzaq tutmaq onlarla söhbətlər aparmaq, “Ağ ölümün” fəsadlarından danışmaq və müəyyən tədbirlərin görülməsindən danışdılar.

            Tədbirdə Mərkəzi kitabxana və kənd kitabxana filiallarının əməkdaşları iştirak edirdilər.