Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qarabağ Azərbaycandır” adlı dəyirmi masa keçirilmişdir

28.07.2021

28 iyul 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində "Qarabağ Azərbaycandır" mövzusunda məsafəli dəyirmi masa keçirildi.

Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O, qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın qələbəsi bir daha bütün sahələrdə malik olduğu imkanların ümumi mənzərəsini yaratdı. Qələbəmizdə Prezident-xalq-ordu birliyinin rolu böyükdür. Bu müharibə, eyni zamanda, Azərbaycan xalqının məğrur, yenilməz, öz tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu bir daha təsdiqlədi. Qələbəmiz, eyni zamanda, şəhidlərimizin qanı ilə yazıldı. Şəhid verən xalq yenilməzdir. Şəhidlərimizin qanı yerdə qalmır. Onların qisası döyüş meydanında alındı. Artıq bu əminliyi ifadə edə bilərik ki, Azərbaycan tarixi Qələbəsi ilə şəhidlərimizin də ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra söz Mədəniyyət Mərkəzinin metodisti Leyla Vəliyevaya verildi. O, qeyd etdi ki bu gün, eyni zamanda, qürur anıdır. 30 ilin nisgili, ümidsizliyi, əzabları, üzləşdiyimiz faciələr xalqımızın iradəsini sındırmadı, əksinə, daha da möhkəmləndirdi, gücləndirirdi, qalib xalq özünü dünyaya təqdim etdi.

Daha sonra söz Mədəniyyət Mərkəzinin rejissoru Təranə Qarayevaya verildi. O, qeyd etdi ki, Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri bərqərar etdi, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərdir olan həsrətinə son qoydu. Qürur dolu bu tarixi bizə yaşadan Ali Baş Komandanımıza və müzəffər ordumuza minnətdarıq. Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, cəmi 44 gün ərzində, bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.