28.07.2021
27.07.2021-ci il tarixində Goranboy rayon Tapqaraqoyunlu kəndində Goranboy rayon İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şair yazıçı İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr olunmuş “Gecə keçir” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailə üzvləri, rayon ziyalıları, şairin ailə üzvləri və kənd sakinləri iştirak etdilər.
Tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi, Respublika incəsənət ustalarının ifasında şeirlərinə bəstələnmiş musiqilər səsləndirildi.
Tədbirdə rayon Mədəniyyət Mərkəzinin filial işçilərinin əl işləri və milli mətbəximizin nümunələri nümayiş etdirilmişdir.