Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniya əsrin bəlasıdır” adlı dəyirmi masa keçirildi

28.07.2021

28.07.2021-ci tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər Mədəniyyət Mərkəzində “Narkomaniya əsrin bəlasıdır” movzusunda dəyirmi masa keçirildi.

Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq işrirakçıları salamladı. O, qeyd etdi ki, bu mövzuda tədbirlərin keçirilməsi günün tələbidir. Çünkü narkomaniya cəmiyyətimizi iflic edir.

Dəyirmi masada iştirak edən sahə müvəkkili, polis baş leytenantı Rəhman Hacıyev çıxış edərək bildirdi ki, ölkəmizdə narkomaniya ilə mübarizə dövlətimizin daima diqqətindədir. Bu bəladan yeniyetmə və gənclərimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır.

Sonra Mədəniyyət Mərkəzinin metodisti Gülarə Qurbanova çıxış edərək bildirdi ki, bu bəladan qurtarmaq üçün narkomaniya ilə mübarizə aparmalıyıq. Narkomanlıq cəmiyyətin özəyi olan ailələri dağıdır, qeyri stabil şəraitin yaranmasına səbəb olur .

Tədbirdə iştirakçı kimi çıxış edən Şəlalə Tağıyeva qeyd etdi ki, narkomaniya daha təhlükəlidir. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür. Ona görə də tez və vaxtıda tədbir görmək lazımdır.

Dəyirmi masada ərazi sakinlərinin yaşlı və gənc nümayəndələri iştirak etdilər.