Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulduzlar sönmür, şəhidlər ölmür!” adlı tədbir keçirilmişdir

28.07.2021

          27 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxana və şəhər 1 saylı Sənətkarlıq klubunun birgə təşkilatçılığı ilə Oxu zalında II Qarabağ Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Ulduzlar sönmür, şəhidlər ölmür" başlıqlı tədbir keçirildi.

         Tədbiri Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açdı. Əvvəlcə Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

       Abonement bölməsinin müdiri Gülnar Nəcəfova şəhid Qüdrət Rahim oğlu Adişovun,  sistem inzibatçısı Solmaz Məmmədova şəhid Cəmil Habil oğlu Məmmədlinin, metodist Sevinc Aşralıyeva şəhid Samir İlham oğlu Abdullayevin, 1 saylı Sənətkarlıq klubunun müdiri Nazilə Kazımova isə şəhid Əhməd Qurban oğlu Laçınovun həyatları və döyüş yolları barədə tədbir iştirakçılarına məlumat verdilər.