Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hərbi marşlar müəllifi Minaxanım Əkrəmqızı ilə onlayn görüş keçirilmişdir

23.07.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 22.07.2021 - ci il tarixdə "Milli mətbuat və Jurnalistika Günü" ilə əlaqədar  yazıçı-jurnalist,hərbi marşlar müəllifi Minaxanım Əkrəmqızı ilə görüş keçirdi.Tədbiri filialın böyük kitabxanaçısı Könül Mirxudayeva açdı.Kitabxanaçı əvvəlcə Milli mətbuat və Jurnalistika gününün yaranma tarixi haqqında məlumat verdi və  Səyavuş Sərxanlının "Jurnalist ömrü" şeirini səsləndirdi.Sonra söz tədbirin qonağı olan yazıçı - jurnalist Minaxanım Əkrəmqızına verildi.Vətənpərvər şairə özü haqqında və rəngarəng yaradıcılığı haqqında məlumat verdi.Tədbirin  gedişində kitabxanaçı Vüsalə Mustafayeva şairənin ,"Haradan başlanır Vətən?" adlı  video çarxını nümayiş etdirdi.Sonra tədbir iştirakçıları,o cümlədən kitabxananın əməkdaşları Minaxanım Əkrəmqızına çox maraqlı suallarla müraciət etdilər.Yazıçı - jurnalist sualları çox ətraflı cavablandırdı.Tədbirin sonunda kitabxananın müdiri  Natella Hacıyeva Minaxanım Əkrəmqızına və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.Hərbi marşlar müəllifi olan  Minaxanım Əkrəmqızı tədbirin sonunda "Vur, komandir vur!" şeiri ilə öz sözünü tamamladı.