22.07.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin və Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd filialının birgə təşkilatçılığı ilə "22 iyul Milli Mətbuatın yaranması günü" ilə əlaqədar olaraq "Mətbuat xalqın təfəkkür çırağı " mövzusunda onlayn konfrans keçirildi. Tədbirdə ARB və ARB24 kanallarının qərb bölgəsi üzrə xüsusi müxbiri Xəyalə Məmmədova, Rusiya və Azərbaycan jurnalistlər birliyinin üzvü Cəfər Sadiq, Tünzalə Vəliqızı "Yenisəs.ru"informasiya portalının təsisçisi və baş redaktoru, Şirvan Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yəhyayeva, Samux MKS-in və filial müdirləri və əməkdaşları iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Milli mətbuatımızın yaranmasının tarixindən, tariximizdə milli mətbuatın yaranmasının əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin daim jurnalistlərə verdiyi böyük qiymətdən danışdı. Çıxış üçün ilk söz alan Rusiya və Azərbaycan jurnalistlər birliyinin üzvü Cəfər Sadiq Milli mətbuatın yaranması günü ilə əlaqədar şəhid jurnalistlərimizin xalqı üçün canlarından keçməsindən, tariximizə qızıl hərflərlə yazılmış 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dünyanın ən nüfuzlu ölkələrinin müxbirlərinə mükəmməl şəkildə cavab verərək xalqının problemini dünya mediasına şəxsən çatdırmağın ağır yükünü çiyinlərinə almasından, Xocalı faciəsinin Rusiyanın ən nüfuzlu mətbu orqanlarda çap etdirməyindən, xalqının bu faciəsini hər kəsə çatdırmaq üçün bir jurnalist olaraq çəkdiyi əziyyətlərdən, həmçinin "Yenisəs.ru"informasiya portalının təsisçisi və baş redaktoru Tünzalə Vəliqızı Sovet dövrü jurnalistika ilə bu günkü jurnalistikanın fərqindən, bu günkü jurnalistikanın daha da inkişaf etməsindən, eyni zamanda jurnalistikadakı çatışmazlıqlardan, l Qarabağ savaşları zamanı döyüş meydanında baş verənlərin işıqlandırılmasının çətinliklərindən, ölkədən uzaqda olsa da hər bir soydaşımız kimi onun da ürəyinin vətəni üçün vurmasından, ARB və ARB24 kanallarının qərb bölgəsi üzrə xüsusi müxbiri Xəyalə Məmmədova Tovuz döyüşlərində və 44 günlük müharibədə - ARB və ARB 24 televiziya kanallarının Qərb bölgəsi üzrə xüsusi müxbiri olduğundan bu missiyanın ona həvalə ediləsindən. Həmin dövrdə həm vəzifə, həm də Vətən borcunu yerinə yetirməsindən, 2020-ci ilin iyul doyüslərində Tovuzun Ağdam, Dondarquşçu, Vahidli, Əlibəyli kəndlərindən xəbərləri ilə xalqı təmin etməsindən, 44 günlük Vətən müharibəsinda isə Daşkəsən, Goranboy istiqamətində mövcud vəziyyəti, Naftalan və Gəncə şəhərlərində düşmənin törətdiyi təxribatları çatdırılmasından danışdı.
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitbxana Sisteminin Sərkar kənd kitabxana filialının müdiri Gülşən Əliyeva mövzu ətrafında geniş fikrini bildirdi. Samux MKS -in Sarıqaya kənd kitabxana filialının müdiri Tahirə Abbasova və s. İştirakçılar fikirlərini bölüşdülər.