22.07.2021
22 iyul 2021-ci il tarixdə “Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon Mərkəzi Kitabxanasında Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlilinin dəstəyi və Mərkəzi Kitabxananın oxu zalının müdiri Gülnaz Zeynalovanın təşkilatçılığı ilə məktəbli oxucular arasında “Təhsildən peşəyə” başlıqlı inşa yazı müsabiqəsi keçirildi. Müsabiqədə fəal iştirak edən məktəblilər fəxri fərman və hədiyyələrlə təltif olundular.