Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sözdən başlanan dünya” mövzusunda onlayn görüş keçirildi

22.07.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16 nömrəli kitabxana filialı birlikdə Milli Mətbuat günü ilə əlaqədar "Sözdən başlanan dünya" mövzusunda onlayn görüş keçirdi.

Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, əsası maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən qoyulan Milli Mətbuatımız artıq 146 ildir ki, bir mayak kimi Azərbaycan mətbuatına işıq saçır.

Azərbaycan Dövlət Televiziyasının Gəncəbasar üzrə rəhbəri, "Tərəqqi" medalı, "Həsən bəy Zərdabi" və "Qızıl Qələm" mükafatları laeuratı Əhməd Qədiroğlu jurnalist olmağın məsuliyyətli iş olmağından, fəaliyyəti dövründə gördüyü işlərdən danışdı. Kəpəz televiziyasının jurnalisti Nərgiz Əhmədqızı şərəfli jurnalist peşəsini

məhz atasının simasında sevməyindən, bu peşədə qazandığı uğurlardan danışdı.

Tədbirdə şairə Aləmzər Əlizadə, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva, 29 nömrəli orta məktəbin təlim-tərbiyə işləri uzrə direktor müavini Vüsalə Məmmədova Milli Mətbuat günü ilə əlaqədar bu peşənin sahiblərini təbrik etdilər və qeyd etdilər ki, 44 günlük Vətən müharibəsində qəhrəman ordumumuzun şücaəti haqqında dəqiq, operativ məlumatları məhz qəhrəman jurnalistlərimizin sayəsində öyrənmişik.

Tədbirdə qonaqlar verilən sualları cavablandırdılar.

Sonda jurnalist Nərgiz Əhmədqızı Əhməd Cavadın və Nüsrət Kəsəmənlinin şeirlərini söylədi.