19.07.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılmasının 50 illik yubileyinə həsr edilmiş "Vətənə sədaqət andı" başlıqlı onlayın tədbir keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq, tədbir iştirakçılarını salamladl və Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılması haqqında məlumat verdi.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar mədəniyyət işçisi, şair publisist Bəxtiyar Muradov, Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə, çağrışa qədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi I Qarabağ müharibəsi qazisi kapitan Fikrət Hüseynov, Cəmşid Naxçıvanski adına Hərbi liseyin İdeoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin bədii qiraət, natiqlər dərnəyinin rəhbəri Gülsəda Aman, 6 saylı tam orta məktəbin Gənclərin çağrışa qədərki hazırlıq rəhbəri I Qarabağ müharibəsi iştirakçısı baş leytenant Nəriman Sadıqov, Hərbi liseyin kursantı Vüqar İsmayılov, MKS-nin direktor müavini Fəridə Qədimova çıxış etdilər. Tədbirdə Hərbi liseyin Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmasından danışıldı. Ulu öndərin milli zabit kadrlarının yetişdirilməsi məqsədilə belə bir məktəb yaratması, ona Cəmşid Naxçıvanskinin adının verilməsi heç də asan olmamışdı. Respublikamızın gələcəkdə öz müstəqilliyini bərpa edəcəyinə əmin olan uzaqgörən dahi liderimiz Heydər Əliyev yaratdığı təhsil ocağını yad təsirlərdən qətiyyətlə qoruyaraq onun fəaliyyətinin davam etdirilməsi üçün səylərini əsirgəməmişdi.
44 günlük Vətən müharibəsində hərbi liseyin məzunları respublikamızın təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında fədakarlıq, əzimkarlıq, şücaət və rəşadət nümunələri göstərdilər. Tədbirdə həmçinin Vətən müharibəsində hərbi liseyindən şəhid və qazi olanlar, "Vətən Müharibəsi Qəhrəmanı", "Azərbaycanın Milli Qəhrəmanı" kimi fəxri adlara layiq görülənlər də olunduğu söylənildi. Gülsəda Aman hərbi liseydə kursantlar üçün yaradılmış şəraitdən də danışdı. Tədbirdə iştirak edənlər hərbi liseyin heyyətinə gələcək işlərində bol-bol uğurlar arzuladılar.
Tədbirdə Cəmşid Naxçıvanski Hərbi liseyinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Sonda kitabxananın oxucusu Mədinə Orucova orduya həsr edilmiş şeir söylədi.