16.07.2021
Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı heykəltəraş Qasım Qasımov I və II Qarabağ müharibələrində şəhid olmuş 60 nəfərdən çox Azərbaycan övladlarının büstlərinin və barelyeflərini təmənnasız olaraq hazırlamışdır.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, xeyriyyəçi heykəltəraş Qasım Qasımova regional idarənin fəxri fərmanını təqdim etmiş, ona yaradıcılıq uğurları arzulamışdır