16.07.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi Xıdırova Əsmət Elxan qızı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin may ayında keçirilən vətən müharibəsində Qələbəyə həsr olunmuş rəsm və əl işləri üzrə gənc rəssamların Respubilika müsabiqəsində III dərəcəli diploma layiq görülmüşdür.
Məktəbin müəllimi Hüseynzadə Aynur Zülfü qızı isə müsabiqənin fəxri fərmanı ilə təltif olunmuşdur.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov diplom və fəxri fərmanı 16 iyul 2021-ci il tarixində sahiblərinə təqdim etmiş və onlara daha böyük uğurlar arzu etmişdir.
Təbrik edirik və gələcək yaradıcılıq fəaliyyətlərində yeni nailiyyətlər arzu edirik.