Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Səhnə həyat nurumdur” başlığı altında onlayn xatirə günü keçirildi

16.07.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli gənclər kitabxana filialı 15.07.2021 tarixində Xalq artisti Sədayə Mustafayevanın 95 illiyi ilə bağlı "Səhnə həyat nurumdur başlığı altında onlayn xatirə günü keçirtdi. Tədbiri kitabxananın kitabxanaçısı Günel Namazova aparırdı. Kitabxanaçı Sədayə xanımın həyatı  və səhnə həyatı barədə məlumat verdi. Sonra tədbirdə iştirak edən Respublikanın xalq artisti  Pərvanə xanım Qurbanova öz təəsüratlarını bölüşdü. O qeyd etdi ki Sədayə xanımla çiyin çiyinə çalışmaq çox gözəl idi. O aktyorluq sənətinə çox məsuliyyət ilə yanaşan bir insan idi. Sonra tədbirdə iştirak edən Gəncə Dövlət Dram Teatrının ədəbi bədii hissə müdiri Anar bəy Bürcəliyev anasının nece rollara hazırlaşmasından danışdı. Onun nece məsuliyyətli insan olmasını dedi. Tədbiri keçirtməkdə məqsədimiz Sədayə xanım kimi fərxlə danışacağımız bir xalq artistimizin heç zaman unudulmamasıdır.