16.07.2021
14 iyul 2021-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ustad yazıçımız Qərib Mehdinin 85 illik yubileyi münasibəti ilə fəxri diplomla təltif olunmasının təqdimat mərasimi keçirildi.
Fəxri diplomu Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, Əməkdar mədəniyyət işçisi şair Qəşəm Nəcəfzadə təqdim etmişdir.
Yığıncaqda iştirak edən şair və yazıçılardan İnqilab İsaq, teatrşünas Anar Bürcəliyev, Aləmzər Əlizadə, Ünbülbanu Hacıyeva, Firəngiz İsmayılova, Ramiz Təmkin və s. öz ürək sözlərini yubiley sahibinə çatdırdılar.